ABŞ-nin 46-cı prezidenti Co Bayden tərəfindən avtomatik qələmlə imzalanan bütün sənədlər ləğv ediləcək və etibarsız sayılacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında yazıb.
O, Baydenin bütün sənədlərin təxminən 92%-ni məhz avtoqələmlə imzaladığını aydınlaşdırib.
"Yuxulu Co Baydenin avtoqələmlə imzaladığı istənilən sənəd ləğv edilir və artıq heç bir qüvvəyə malik deyil", - deyə Tramp bildirib.