Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının XIII turunda "Sabah" səfərdə "İmişli"ni məğlub edib.
Axar.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda "Sabah" 3:0 hesablı qələbə qazanıb.
25 xalı olan "Sabah" turnir cədvəlində üçüncü sırada yer alıb. "İmişli" isə 15 xalla səkkizincidir.
Hazırda isə “Qarabağ” “Azərsun Arena”da “Karvan-Yevlax”ı qəbul edir. İlk hissədən sonra hesab açılmayıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb.
Tura noyabrın 30-da yekun vurulacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.