AZ

AB Ukraynada sülhə mane olur Tayms

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ və Avropa siyasətçiləri AB liderlərinin Ukraynada sülhə mane olduğunu anlamağa başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə bu barədə Böyük Britaniyanın "Tayms" (The Times) nəşrində dərc edilmiş məqalədə qeyd olunur.

Qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putinin AB-nin sülhün bərqərar olmasına maraq göstərməməsi ilə bağlı açıqlamaları Vaşinqtonda və Avropa paytaxtlarında getdikcə dəstək alır.

Adı açıqlanmayan fransız diplomat nəşrə danışaraq, Ukrayna sülh planının bir hissəsi kimi Rusiya Silahlı Qüvvələrinin sayının azaldılmasını təklif edən Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallası tənqid edib.

“O, Avropa diplomatiyasının ən pis cəhətlərini təcəssüm etdirir - vəziyyəti anlamadan öz haqlılığına əmin olmağa davam edir”, - deyə mənbə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
157
axar.az

1Mənbələr