AZ

Şri-Lankada təbii fəlakət nəticəsində ölənlərin sayı 153 nəfərə çatdı

Şri-Lankada "Ditva" siklonunun yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, daha 191 nəfər itkin düşmüş sayılır.

Təbii hadisədənölkə üzrə yarım milyondan çox insan zərər çəkib.

Daşqın nəticəsində evlərin əksəriyyəti su altında qalıb.

Yağıntıların həftənin sonuna qədər davam edəcəyi bildirilir.

Seçilən
83
teleqraf.com

1Mənbələr