AZ

Azərbaycan millisinin baş məşqçi postundan uzaqlaşdırıldı - FOTO

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə yollar ayrılıb.

Sportinfo.az xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub.

Yığma son olaraq, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasına düşə bilməyib.

Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan yığmasına rəhbərlik edirdi.

Rusiyalı mütəxəssis həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasından da istefaya göndərilib.

Aleksandr

Seçilən
413
49
sportinfo.az

10Mənbələr