AZ

BYD Çində 89 min "Qin Plus DM" hibrid avtomobilini geri çağırır

Bakı. Trend:

Çinin BYD konserni 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızınaqədər istehsal olunmuş 89 min ədəd "Qin Plus DM" hibrid modeliniyerli bazardan geri çağırır.

Trend xəbər verirki, bu barədə məlumatı Carnewschina.com yayıb.

Bildirilib ki, avtomobillərin bir hissəsində batareyamodullarının səhv yığılması ehtimalı var. Bu nasazlıq çıxış gücününazalmasına səbəb olur və ekstremal şəraitdə avtomobilin tamelektrik rejimində hərəkəti tamamilə dayandırmasına gətirib çıxarabilər ki, bu da təhlükəsizlik baxımından risk yaradır.

Dilerlər geri çağırılan "Qin Plus DM" modellərinin sahiblərinəproqram təminatının yenilənməsinin vacibliyi barədə məlumatverəcəklər. Bütün texniki işlər pulsuz aparılacaq.

Seçilən
207
2
az.trend.az

1Mənbələr