Paytaxt.org xəbər verir ki, müxalifət rəhbərləri Əli Kərimli və AXCP funksioneri Məmməd İbrahim Ramiz Mehdiyevin cinayət işi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılaraq dindirilib. Mötəbər mənbələr bildirir ki, hər iki şəxs Mehdiyevin fəaliyyətinə dair istintaq çərçivəsində ifadə verib.
Dindirilmədən əvvəl Əli Kərimlinin evində geniş axtarış aparılıb.
Əldə etdilən məlumata görə, axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.
Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.
DTX-də keçirilən dindirilmələr Ramiz Mehdiyev işi ətrafında aparılan araşdırmanın yeni mərhələyə keçdiyini göstərir.
Musavat.com