AZ

Şri-Lankada güclü siklon nəticəsində azı 193 nəfər həlak olub

Bakı. Trend:

Güclü siklonun dağıdıcı iz buraxmasından sonra paytaxtın bəzihissələrində artan sel suları ilə mübarizə davam edərkən,Şri-Lankada azı 193 nəfərin həlak olduğu təsdiqlənib.

Trend xəbər verirki, məlumatı Aljazeera yayıb.

Fövqəladə Halların İdarəolunması Mərkəzi bildirib ki, Ditvahsiklonunun gətirdiyi daha güclü yağışlar qarşıdakı günlərdə bütünada boyunca davam edəcək və hazırda 220-dən çox şəxs itkin düşmüşhesab olunur.

Daily Mirror-un məlumatına görə, itkin düşənlər arasında ölkəninşimal-şərqindəki Çalai Laqununda yerləşən Hərbi Dəniz Qüvvələrininyarımstansiyasında daşan suyu yönləndirməyə çalışarkən son dəfəgörülmüş beş hərbi dənizçi də var.

Mərkəz qeyd edib ki, güclü hava sistemi ölkə üzrə demək olar ki,15 min evi dağıdıb və təxminən 44 min insanı dövlət tərəfindənqurulan müvəqqəti sığınacaqlara üz tutmağa məcbur edib.

Seçilən
102
az.trend.az

1Mənbələr