AZ

Dünyanın katolik və pravoslav kilsələri birləşdi - hədəf nələr və kimlərdir?...


İstanbulda Roma papası XIV Leo və İstanbul Patriarxı Varfolomey arasında görüş keçirilib. Onlar dünya xristian birliyi barədə bəyannamə imzalayıblar.

Aralarında bir sıra razılaşmalar olub, o cümlədən, bütün xristian kilsələri arasında təmasların tam şəkildə bərpa olunması ilə bağlı qərar qəbul ediblər. Razılığa gəliblər ki, pravoslavların və katoliklərin eyni bir gündə - vahid tarixdə Pasxa bayramını qeyd etmələri üçün hazırlıqlar görülsün.

Çünki indiyə qədər katoliklər və pravoslavlar Pasxanı (İsa Məsihin dirilməsi) müxtəlif günlərdə qeyd edirlər. Amma hər iki dini lider İstanbulda razılaşıblar ki, katoliklər və pravoslavlar Pasxanı eyni gündə qeyd etsinlər. Eyni zamanda qeyd edilib ki, dünya xristian birliyinin məqsədlərindən biri də bütün dünyada xalqlar arasında sülhü təmin etməkdən ibarətdir.

İradə SARIYEVA

Seçilən
55
baki-xeber.com

1Mənbələr