AZ

MPL: "Şamaxı" "Sumqayıt"ı məğlub edir - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 13- tur yekunlaşacaq.

Fanat.Az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

“Şamaxı” öz meydanında “Sumqayıt”la qarşılaşacaqsa, turun son matçı qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”ı qəbul edəcək.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Zirə”yə (0:2), “İmişli” “Sabah”a (0:3) uduzub, “Qarabağ” “Karvan-Yevlax”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçı isə qolsuz bitib.

Misli Premyer Liqası
13-cü tur
30 noyabr

“Şamaxı” “Sumqayıt” 1:0 (2-ci hissə)

Qol: Karim Rossi, 70
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.

“Qəbələ” “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
Qəbələ şəhər stadionu, 16:30.

Seçilən
61
10
fanat.az

10Mənbələr