Misli Premyer Liqasının 13-cü turunda "Şamaxı" "Sumqayıt"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, qarşılaşmada 70-ci dəqiqəsində Karim Rossi hesabı açsa da 88-ci dəqiqədə Aleksa Yankoviç bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Aleksandr Ramalinqom “Sumqayıt”a qələbə qazandıran qolun müəllifi olub - 1-2.
Misli Premyer Liqası,
13-cü tur
30 noyabr (bazar)
14:00.“Şamaxı” 1–2 “Sumqayıt”
Qollar: Karim Rossi, 70 (1-0), Aleksa Yankoviç, 88 (1-1), Aleksandr Ramalinqom , 90+1 (1:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”