Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın “Rosneft”, “Lukoyl” və onlarla əlaqəli digər şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb.
“Sanksiyalar ABŞ-ın sanksiya siyasəti ilə sinxronlaşdırılıb və Rusiya hərbi kompleksinin maliyyə imkanlarını zəiflətməyə yönəlib. Bu şirkətlərə qarşı sanksiyalar onsuz da Rusiya hərbi maşınından vəsaitləri xeyli tükəndirir və bu, davam etməlidir”, – Zelenski bildirib.