AZ

“Ekselsior” azarkeşi etiraz üçün 72 km qaçdı

Niderlandın “Ekselsior” klubunun azarkeşi Dilan Metselaar “Ayaks”ın stadionu yaxınlığında parkinq haqqının 21 avro (39 AZN) olmasına etiraz etmək üçün Rotterdamdan Amsterdamadək 72 kilometr məsafəni piyada qaçaraq qət edib.

İdman.Biz xəbər verir ki, Metselaar bu addımı ilə həm oyunu boykot etmək, həm də “Ayaks” rəhbərliyinin qeyri-qonaqpərvər davranışına diqqət çəkmək istədiyini bildirib.

Qeyd edək ki, görüşün sonunda sürpriz nəticə qeydə alınıb. “Ekselsior” səfərdə “Ayaks”ı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz

Məqalədə:
Seçilən
140
1
idman.biz

2Mənbələr