AZ

MPL: "Sumqayıt"dan dramatik qələbə, "Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi

Bu gün Misli Premyer Liqasında 13- tur yekunlaşacaq.

Fanat.Az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

“Şamaxı” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Hesabı meydan sahibləri açsalar da, sona yaxın 2 qol vuran "kimyaçılar" qələbəyə seviniblər. Qonaqların bərabərlik qolunun ardından komandaların baş məşqçiləri arasında insident yaşanıb. Nəticədə Saşa İliçlə Ayxan Abvasova qırmızı vərəqə göstərilib.

 Turun son matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”ı məğlub edib.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Zirə”yə (0:2), “İmişli” “Sabah”a (0:3) uduzub, “Qarabağ” “Karvan-Yevlax”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçı isə qolsuz bitib.

Misli Premyer Liqası
13-cü tur
30 noyabr

“Şamaxı” “Sumqayıt” 1:2 

Qollar: Karim Rossi, 70 - Aleksa Yankoviç, 88. Aleksandr Ramalinqom, 90+1.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.

“Qəbələ” “Araz-Naxçıvan” 2:1 

Qollar: Prins Ovusu, 15 - Bəxtiyar Həsənalızadə, 33. Adriel Ba Lua, 59
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov.
Qəbələ şəhər stadionu, 16:30.

"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Txadadze.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.

Seçilən
52
fanat.az

1Mənbələr