AZ

ABŞ rəsmiləri Ukrayna nümayəndə heyəti iləGÖRÜŞDÜ

ABŞ Dövlət Katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bazar günü Ukrayna nümayəndələri ilə görüşüblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

"Söhbət təkcə müharibənin başa çatmasından deyil, həm də müharibədən müstəqil və suveren bir ölkə kimi çıxmaqdan gedir. Elə bir ölkə ki, artıq yeni müharibə təhlükəsi ilə üzləşməsin və sakinləri firavan yaşasın. Ukraynanın böyük iqtisadi potensialı var. Lakin onu müharibə şəraitində reallaşdırmaq mümkün deyil", - Rubio deyib.

Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edir.

"Mən Ukrayna Prezidenti ilə daim əlaqə saxlayıram. Aydın göstərişlər və prioritetlər var. Bunlar Ukrayna maraqlarının qorunması, əsaslı dialoq və Cenevrədə əldə edilən nailiyyətlərə əsaslanaraq irəliləməkdir", - o “Telegram” kanalında yazıb.

Umerov həmçinin vurğulayıb ki, Ukrayna nümayəndə heyəti əsl sülh və təhlükəsizliyə zəmanət əldə etmək üçün çalışır.

 

Seçilən
88
50
xezerxeber.az

10Mənbələr