AZ

Məşhur aktrisa Selin Genç Budapeştədə ailə həyatı qurdu

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aktrisa Selin Genç Budapeştədə keçirilən sadə nikah mərasimində iş adamı Onur Alp Erol ilə evlənib. Mərasim Türkiyənin Budapeştedəki Konsulluğunda təşkil olunub və yalnız yaxın ailə üzvlərinin iştirakı ilə baş tutub.

BAKU.WS xəbər verir ki, göz oxşayan gəlinliyi ilə diqqət çəkən Genç sosial şəbəkədə paylaşdığı "Kasımda aşk başkadır" qeydi və nikah fotoları ilə böyük maraq qazanıb. Cütlüyün səmimi görüntüləri izləyicilər tərəfindən çox bəyənilib.

"Bir Zamanlar Çukurova", "Teşkilat" və "Bir Zamanlar İstanbul" kimi seriallardakı rolları ilə tanınan aktrisa bu nikahla şəxsi həyatında yeni səhifə açıb.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
1
baku.ws

2Mənbələr