AZ

Yasamalda yolda sürücülərə TƏHLÜKƏVİDEO

Ərazidə iri çuxur əmələ gəlib, yol çökmək üzrədir.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonu Akim Abbasov küçəsi 115A ünvanındandır. Yolda əmələ gələn çuxur dərin, altı isə boşluq olduğundan çökmə riski yaranıb. Yolun altından isə boru xətti keçir.

Sakinlərin sözlərinə görə bir neçə gün əvvəl bu ərazidə qəza da baş verib.

Çəkiliş apardığımız müddətdə, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları əraziyə baxış keçirdilər. Bildirdilər ki, alt hissədən keçən boru xətti "Azəristiliktəchizat" ASC-yə məxsusdur.

"Azəristiliktəchizat"dan isə borunun onlara aid olmadığı qeyd edildi.

Avtomobil Yolları Dövlət Agentliyi ilə də əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
15
xezerxeber.az

1Mənbələr