AZ

Daha bir ağstafalı Vətən müharibəsi şəhidimizin ailəsində sevincli gün yaşanır

Ağstafa rayonunun Xətai kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidimiz Xaləddin Asəf oğlu Cəlilovun ailəsində qürur və iftixar hissləri ilə dolu xoş gün yaşanır. Belə ki, bu gün şəhidimizin adını daşıyan bacısının oğlu Xaləddin bəyin “kiçik toy”udur. Bu əlamətdar günlə bağlı Ağstafa şəhərində yerləşən şadlıq evlərindən birində təşkil olunan mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və məsul şəxslər iştirak ediblər.

Vətənimizə azadlıq və suverenlik bəxş edən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, onların hər bir ailə üzvünə, doğmasına sağlam və firəvan ömür arzu edirik!

Seçilən
74
veteninfo.az

1Mənbələr