...Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi olan Bayraktar KIZILELMA, Sinop sahillərində keçirilən sınaqlar zamanı reaktiv mühərrikli hava hədəfini hava-hava raketi ilə vuran dünyada ilk platforma oldu.
SİA xəbər verir ki, TRT Haber-in Baykar-dan verilən açıqlamaya istinadən verdiyi məlumata görə, layihə tamamilə milli resurslar hesabına hazırlanıb.Sınaq, pilotsuz qırıcı təyyarənin hava hədəfinə qarşı ilk uğurlu istifadəsi kimi tarixə düşüb.
Dünyadakı pilotsuz təyyarələrin əksəriyyəti hava-yer missiyaları üçün nəzərdə tutulub. Bununla belə, KIZILELMA hava döyüşlərində iştirak etmək qabiliyyətini nümayiş etdirən ilk platforma oldu.
Bu nailiyyət aviasiyada yeni bir dövrün başlanğıcı hesab olunur.
Əli Babayev