AZ

Türkiyə pilotsuz qırıcı təyyarənin tarixi sınağını keçirib...

...Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi olan Bayraktar KIZILELMA, Sinop sahillərində keçirilən sınaqlar zamanı reaktiv mühərrikli hava hədəfini hava-hava raketi ilə vuran dünyada ilk platforma oldu.

SİA xəbər verir ki, TRT Haber-in Baykar-dan verilən açıqlamaya istinadən verdiyi məlumata görə, layihə tamamilə milli resurslar hesabına hazırlanıb.

Sınaq, pilotsuz qırıcı təyyarənin hava hədəfinə qarşı ilk uğurlu istifadəsi kimi tarixə düşüb.

Dünyadakı pilotsuz təyyarələrin əksəriyyəti hava-yer missiyaları üçün nəzərdə tutulub. Bununla belə, KIZILELMA hava döyüşlərində iştirak etmək qabiliyyətini nümayiş etdirən ilk platforma oldu.

Bu nailiyyət aviasiyada yeni bir dövrün başlanğıcı hesab olunur.

Əli Babayev

Seçilən
36
sia.az

1Mənbələr