AZ

Yunanıstanda fermerlər etiraz aksiyası keçiriblər

Bakı, 1 dekabr, AZƏRTAC

Yunanıstanın bir neçə şəhərində fermerlər etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, buna səbəb Avropa İttifaqının subsidiyaları ləngitməsidir.

Yüzlərlə fermer ölkənin böyük şəhərlərində traktorlarla küçələrə çıxıb, yolları bağlayıb. Nikeya şəhərində etirazçılarla polis arasında toqquşma baş verib.

600 milyon avroluq subsidiyanın ləngiməsinə səbəb korrupsiya iddialarıdır. Avropa Komissiyası hesab edir ki, bir çox fermer yerli məmurların köməyi ilə ərazi və məhsuldarlıqla bağlı sistemə yanlış məlumatlar daxil edib. Avropa Prokurorluğu bu əməlin İttifaqın maliyyə maraqlarına zidd olduğu qənaətindədir.

Seçilən
39
azertag.az

1Mənbələr