Kürd terror təşkilatı PKK, qurucusu Öcalan həbsdə qaldığı müddətcə Türkiyə ilə dolayı sülh prosesində heç bir addım atmayacaq. Bu barədə PKK-nın yüksək vəzifəli komandiri Malazgirt AFP xəbər agentliyinə bildirib. O qeyd edib ki, "Lider Öcalanın başlatdığı bütün addımları tamamladıq və başqa addımlar atılmayacaq".
Malazgirt əlavə edib ki, təşkilat hazırda Türkiyə hökumətinin lazımi addımları atmasını, o cümlədən 1999-cu ildən bəri İmralı adasında həbsdə olan liderinin azad edilməsini, eləcə də Türkiyədəki kürd xalqının konstitusiya və rəsmi tanınmasını gözləyir.