AZ

Dişi aslan qəfəsinə girən gənci PARÇALADI

Braziliyanın Juao-Pesoa şəhərindəki zooparkda dişi aslan qəfəsinə girən gənci öldürüb.

Publika.az xəbər verir ki, bu barədə yerli G1 xəbər portalı məlumat yayıb.

“Gənc altı metrdən hündür divara dırmaşaraq, ağacdan istifadə etməklə aslanın volyerinə daxil olub. Aslan dərhal ona hücum edib”, – deyə xəbərdə qeyd olunub.

Məlumata görə, ölən şəxsin 19 yaşı olub. Portalın yazdığına görə, onun psixi pozuntusu var imiş.

Seçilən
15
publika.az

1Mənbələr