AZ

Seçmə mərhələ: Azərbaycan millisi bu gün Gürcüstanla qarşılaşacaq

Bakı, 1 dekabr, AZƏRTAC

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyuna çıxacaq.

AZƏRTAC xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Kukus” stadionunda keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qarşılaşmanı Maltadan olan baş hakim idarə edəcək.

Seçilən
144
10
azertag.az

10Mənbələr