AZ

Luvr Muzeyinin qiyməti BAHALAŞIR

Qeyri-Avropa ölkələrindən gələn turistlər üçün Parisdəki Luvr Muzeyinə giriş biletləri 45 faiz bahalaşacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə AFP xəbər agentliyi məlumat yayıb. Muzey rəhbərliyinin təsdiqlədiyi yeni qaydalara əsasən, Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrin vətəndaşları üçün biletin qiyməti 32 avro olacaq. Yeni tariflər 2026-cı il yanvarın 14-dən etibarən qüvvəyə minəcək.

Bu qərar Avropa Birliyi ölkələrinə, eləcə də İslandiya, Lixtenşteyn və Norveçə aid deyil. Qiymət artımı Fransa hökuməti tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, prezident Emmanuel Makronun bəyan etdiyi “Luvrun yeni intibahı” proqramı çərçivəsində muzeyin genişmiqyaslı təmirinə start verilib. Təmirlərin 10 il davam edəcəyi və ümumilikdə 1,15 milyard avroya başa gələcəyi bildirilir. Bu xərclərin bir hissəsi isə məhz bilet qiymətlərinin artırılması hesabına qarşılanacaq.

Seçilən
39
veteninfo.az

1Mənbələr