Bərpa və quruculuq mərhələsinə qədəm qoyan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu.
Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpa edilir və Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunur. Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə, ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf, 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Göründüyü kimi, böyük iqtisadi potensiala malik olan Laçın rayonu artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Çoxsaylı təbii ehtiyatlar ilə yanaşı, Laçın həmçinin böyük aqrar və turizm potensialına malikdir. Bu isə o deməkdir ki, tezliklə Laçın nəinki Şərqi Zəngəzurun, bütövlükdə ölkəmizdə iqtisadi gücünə görə seçilən rayonlarımızdan olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31