AZ

Kamran Əsədov yeni vəzifəyə seçilib 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsində sədr seçkisi keçirilib.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, tanınmış təhsil eksperti Kamran Əsədov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin yeni sədri seçilib. 

Məlumatı saytımıza açıqlamasında Kamran Əsədovun özü də təsdiqləyib. O bildirib ki, yeni vəzifəyə noyabrın 27-də seçilib, noyabrın 28-dən isə fəaliyyətə başlayıb,

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinə 17 məktəb, 3 lisey, 1 gimnaziya, 1 kompleks, 1 mərkəz, 1 təhsil muzeyi, 1 peşə təhsil agentliyi, 1 internat, 1 peşə, 1 xüsusi əyani -qiyabi məktəbi və 27 uşaq bağçası və körpələr evi ilk həmkarlar ittifaqı komitələri olmaqla ümumilikdə 55 üzv təşkilat daxildir.

Qeyd edək ki, Kamran Əsədov həmd ə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışır.

Seçilən
9
7
azedu.az

8Mənbələr