AZ

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibinin matçı yarımçıq dayandırılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Futbol üzrə Niderland çempionatının XIV turunda keçirilən "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.

AZƏRTAC xəbər verir ki, buna azarkeşlərin “Amsterdam Arena”da təşkil edilən matçda meydana fişəng və digər alışqan maddələr atması səbəb olub.

Baş hakim 13-cü dəqiqədə matçı dayandırıb. Qarşılaşma dekbarın 2-də azarkeşsiz baş tutacaq.

Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu komandanı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Seçilən
155
4
azertag.az

6Mənbələr