AZ

Arifoğlu İsa Qəmbərdən niyə narazıdır: Ona yalvarırdıq…

Xəbər verdiyimiz kimi Rauf Arifoğlu İsa Qəmbərin gedişindən, yanlış seçimi ilə partiyanın dağılmasından danışıb və narazılığını ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində deyib.

O, prosesdə əsas simanın İsa Qəmbər olduğunu, gedişi ilə partiyanın dağıldığını bildirib:

2014-cü ilə qədər mən, İsa Qəmbərin başqanlığından razı olmuşam.

İsa Qəmbər 2014-cü ildə gedişi ilə partiyanın darmadağın olmasına səbəb oldu.

Öz yerinə də elə yanlış seçim etdi ki…

Nəticədə neçə illər ərzində yığdığı komandası darmadağın edildi, milli azadlıq hərəkatının əfsanə isimləri partiyadan qovuldu, onlara “satqın” damğası vuruldu, vitrin sıfırlandı… 2014-cü ildən sonra Müsavatın başına gələnləri ancaq 1920-ci ildəki məlum işğal olayı ilə müqayisə etmək olar. Özü də mən və digər dostlar bunları proqnozlaşdırmış, yazmış və demişdik… Biz İsa Qəmbərə getmə deyə yalvarırdıq. Partiya dağılacaq, ona illərimizi vermişik, deyirdik. Xüsusilə, indi başqan olan adama partiyanı vermə…”

Rauf Arifoğlu Arif Hacılının isə heç vaxt başçı ola bilməyəcəyini deyib və fikrini belə ifadə edib:

“Onun potensialına və qabiliyyətinə yaxşı bələdəm. Onunla ən yaxın adamları belə uzun yol gedə bilməzlər. Arif lider deyil, funksionerdi, güclü adamları sevmir, mübahisə və müzakirələri xoşlamır, tabeçiliyi sevir, monoloqu xoşlayır… “

Seçilən
77
1
nocomment.az

2Mənbələr