AZ

2025-ci ilin ən güclü günəş partlayışlarından biri qeydə alınıb

Ajans.az TASS-a istinadən  xəbər verir ki, məlumatı Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün Telegram kanalında yayıb. Leusun sözlərinə görə, səhər tezdən ən yüksək — X sinifinə aid güclü günəş partlayışı qeydə alınıb. İlkin məlumatlara əsasən, partlayışın intensivliyi X1.95 təşkil edib və Moskva vaxtı ilə saat 05:49-da (Bakı vaxtı ilə 06:49-da) maksimum həddə çatıb. O bildirib ki, gücünə görə bu hadisə 2025-ci ildə müşahidə olunan ən güclü beş günəş partlayışı sırasında yer alır.

Mütəxəssis qeyd edib ki, partlayış Günəş–Yer xəttindən kənarda baş verdiyindən, Günəş materialının Yerə çatma ehtimalı olduqca aşağıdır.

Seçilən
14
Ajans.az

1Mənbələr