AZ

Nazir müavini: Məktəblərdə kompüter və internetin əhatəliyi artırılıb

BAKI, 1 dekabr. TELEQERAF

“Artıq 5 ildir ki, müsabiqə keçirilir, şagirdlər və mütəxəssislərlə görüşlər təşkil olunur. Həmçinin müzakirələr aparılır ki, rəqəmsal bacarıqlar vasitəsilə mütəxəssislərin sayını necə artıra bilərik”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirin müavini Həsən Həsənli “Məktəblilərarası Milli Hakaton-2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

O vurğulayıb ki, insan kapitalının formalaşması ən vacib istiqamətlərdən biridir:

“2022-ci ildə məktəblərdə kompüter və internet əhatəliliyi arzu etdiyimiz səviyyədə deyildi. Lakin artıq bu problem demək olar ki, həllini tapıb.

175 mərkəzdə hakaton müsabiqəsinin imtahanları təşkil olunur. Bu isə gələcəkdə rəqəmsal layihələrin həyata keçirilməsinə, ali təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı işlərin icrasına töhfə verir. İndiyə qədər 350 min şagird bu prosesə cəlb olunub.

Hazırda 600 min şagird informatika ilə yanaşı rəqəmsal bacarıqlar dərsi keçir. 300 mindən çox şagird isə STEAM mərkəzlərinə cəlb edilib”.

Seçilən
1
teleqraf.com

1Mənbələr