AZ

ADU-da macarıstanlı professorun iştirakı ilə beynəlxalq təlim keçirildi » AzadMedia.az


Azərbaycan Dillər Universitetinin dosenti Fialə Abdullayevanın təşəbbüsü və Macarıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə 28–29 noyabr tarixlərində ADU-da “Bir-birimizi anlamaq: özümüzü anlamaq. Ədəbi tərcümənin perspektivləri və məhdudiyyətləri” mövzusunda beynəlxalq təlim keçirilib.
Təlimin aparıcısı Macarıstanın Miskolc Universitetinin müəllimi, eyni zamanda Eötvös Loránd Universitetinin (ELTE) Humanitar Elmlər fakültəsinin nəzdində fəaliyyət göstərən Ədəbi Araşdırmalar İnstitutunun direktor müavini, professor Andras Kappanyos olub.
İki gün davam edən təlimdə Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti ilə yanaşı, ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan tədqiqatçılar, doktorantlar və Macarıstan səfirliyinin nümayəndələri iştirak ediblər.
Təlim çərçivəsində aşağıdakı mövzular ətrafında geniş müzakirələr aparılıb:
Dillər bir-birindən necə fərqlənir (How do languages differ),
Tərcüməsi mümkün olmayanın tərcüməsi (Translating the untranslatable),
Dövrlər arasında tərcümə (Translating between eras),
Müxtəlif yollarla yaxşı (və pis) olmaq (How to be good (and bad) in different ways).
Bu mövzular əsasında ədəbi tərcümənin nəzəri və praktik əsasları, mədəniyyətlərarası anlaşmada tərcümənin rolu, bədii mətnlərin tərcüməsində qarşıya çıxan çətinliklər və imkanlar geniş şəkildə təhlil olunub.
Təlim interaktiv formatda, praktik nümunələr və qarşılıqlı fikir mübadiləsi şəraitində yüksək elmi-peşəkar səviyyədə təşkil olunub. Tədbir universitetlərarası beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də gənc tədqiqatçıların və müəllimlərin elmi potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Seçilən
8
3
azadmedia.az

4Mənbələr