AZ

Dəhşətli qəza: Qatar evakuatorla toqquşdu- SÜRÜCÜ AĞIR YARALANDI

Ajans.az xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində, Sarvan dəmiryol stansiyası ərazisində baş verib. Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.

Seçilən
89
6
Ajans.az

9Mənbələr