AZ

MDU-da “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda seminar keçirilib

Noyabrın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və Karyera İnkişafı Mərkəzinin təşkilatçılığı ilə əmək bazarında aktual problemlərdən biri olan qeyri-formal məşğulluğun mahiyyəti, onun sosial-iqtisadi təsirləri və qarşı mübarizə mexanizmlərinə həsr olunmuş “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda seminar təşkil edilib.

Universitetdən TƏHSİL.BİZ-ə verilən məlumata görə, seminarda Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin müdiri Mirsahib Eminov çıxış edərək tələbələr üçün təqdimatlar nümayiş etdirib.

Seminarın əsas məqsədi iştirakçıları qeyri-formal məşğulluğun ölkə iqtisadiyyatı və sosial inkişafına təsirləri barədə məlumatlandırmaq, mövcud risklər və onların azaldılması istiqamətində tətbiq olunan dövlət siyasətini müzakirə etmək olub. Çıxış zamanı qeyri-formal məşğulluğun əmək hüquqlarının pozulmasına, sosial müdafiə mexanizmlərindən kənarda qalmağa səbəb olduğunu vurğulayaraq, bu sahədə maarifləndirmənin vacibliyini qeyd olunub.

Həmçinin seminarda əmək müqavilələrinin bağlanmasının zəruriliyi, şəffaf əmək münasibətlərinin qurulması, vergi və sosial sığorta öhdəliklərinin yerinə yetirilməsi kimi mövzular geniş şəkildə izah olunub. İştirakçılar qeyri-formal məşğulluğun qarşısının alınması üçün görülən tədbirlər, elektron sistemlərin tətbiqi və nəzarət mexanizmləri barədə məlumatlandırılıblar.

Tələbələr tərəfindən maraqla qarşılanan seminarın sonunda onları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Seçilən
10
tehsil.biz

1Mənbələr