AZ

"Şahdağ Turizm Mərkəzi"ndə də yoxlamalar APARILDI

Hesablama Palatasının 2023-cü il İş Planına uyğun olaraq Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən "Şahdağ Turizm Mərkəzi" QSC-də nəzarət tədbiri həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Palatadan bildirilib.
 

Bildirilib ki, ictimaiyyət bu auditlə yanaşı, cari il və əvvəlki illərdə aparılmış digər nəzarət tədbirlərinin siyahısı və nəticələri barədə məlumatlarla müvafiq rəsmi mənbələr vasitəsilə tanış ola bilər.


Qeyd edək ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir.

Bizim.Media

Seçilən
12
2
bizim.media

10Mənbələr