AZ

Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı: Trend:
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “MəktəblilərarasıMilli Hakaton – 2025” müsabiqəsinin qalibləri mükafatlandırılmasımərasimi keçirilib.

Trend xəbərverir ki, yarışa ölkənin 63 regionundan 350 mindən çox məktəbliqatılıb.

Onlardan yalnız 300 nəfər final mərhələsinə vəsiqə qazanaraq özlayihələrini təqdim etmək imkanı əldə edib.

Final mərhələsi 28–30 noyabr tarixlərində baş tutub. Bumərhələdə komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət vəincəsənət sahələri üzrə layihələr hazırlayaraq veb-saytlar, mobiltətbiqlər və oyunlar formasında münsiflər heyətinə təqdim ediblər.Yarışın sonunda 6 qalib komanda müəyyən olunub.

Qaliblərin mükafatlandırılması mərasimində 1-ci, 2-ci və 3-cüyerləri tutan komandalar hədiyyə və sertifikatlarla təltifolunacaq. Digər finalçı komandalar isə iştirak sertifikatları iləmükafatlandırılıb.

Qeyd edək ki, bu müsabiqənin əsas məqsədi məktəblilər arasındaproqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq,onların İT sahəsində biliklərini artırmaq və istedadlı şagirdlərüçün gələcək inkişaf imkanları yaratmaqdır.

Məktəblilərarası
Məktəblilərarası
Məktəblilərarası
Məktəblilərarası
Məktəblilərarası
Seçilən
20
az.trend.az

1Mənbələr