AZ

Səhiyyə Nazirliyində Azərbaycan-İtaliya səhiyyə əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Bakı. Trend:

Səhiyyə Nazirliyində İtaliyanın Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüş keçirilib.

Trend xəbər verir ki, bubarədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev AzərbaycanPrezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin iki ölkəarasında strateji tərəfdaşlığın möhkəmlənməsində xüsusi rolunuvurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban Əliyevanın humanitar və mədəniyyətsahələrində təşəbbüslərinin əməkdaşlığın genişlənməsinə verdiyitöhfələri qeyd edib.

Teymur Musayev iki ölkə arasında səhiyyə sahəsində əlaqələrindaha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, İtaliyatərəfi ilə praktiki əməkdaşlığa hazır olduqlarını bildirib.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdəəməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini qeydedib.

Öz növbəsində Luka Di Canfrançesko ölkələrimiz arasında 1992-ciildən etibarən diplomatik əlaqələrin qurulduğunu və bu müddətərzində İtaliya və Azərbaycan dövlətləri arasında əməkdaşlığınmüsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb. Səfirinsözlərinə görə, ötən illər ərzində Azərbaycan-İtaliya münasibətləriböyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığınqurulmasında da maraq ifadə olunub.

Görüşdə Azərbaycan və İtaliya arasında səhiyyə sahəsindəəməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirəolunub. Həmçinin, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasınıntətbiqi üzrə əməkdaşlığın qurulması, əczaçılıq, tibb təhsili,həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsindətəcrübə mübadiləsinin vacibliyi və qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
121
8
az.trend.az

8Mənbələr