AZ

Hikmət Hacıyev Azərbaycan–İran münasibətlərindən danışdı

"Hazırda Azərbaycan–İran münasibətləri normal və stabil səviyyədədir".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.

Prezidentin köməkçisi Tehrandakı səfirliyə silahlı hücumla bağlı yaranan diplomatik böhranın artıq həll edildiyini qeyd edib. Onun sözlərinə görə, hücum edən şəxs İran qanunlarına uyğun şəkildə məsuliyyətə cəlb edilib və Azərbaycan o səhifəni tamamilə bağlayıb.

Hikmət Hacıyev həmçinin Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezşkian arasında yaxşı münasibətlərin olduğunu vurğulayıb.

O, Bakı–Tehran əlaqələrində yeni nəqliyyat layihələri də gündəmdə olduğunu vurğulayıb:

Seçilən
127
1
publika.az

6Mənbələr