“Barselona” Savionu transfer hədəfinə alıb.
İdmanxeber.az-ın məlumatına görə, klubun idman direktoru Deku 21 yaşlı “Mançester Siti” vingerini gələn il ayrılması mümkün olan Rafinyanın ən real əvəzedicisi kimi görür.
Rafinyaya Səudiyyə Ərəbistanından maraq var və “Barselona”nın maliyyə vəziyyəti səbəbilə sərfəli təklif gəldiyi halda onun satılması mümkündür.
Savionun “Siti”də əsas heyətə düşməməsi isə transfer ehtimallarını artırır.