AZ

İngiltərədən Fransaya uzanan dəmir çubuq təcrübəsi: İtələyici qüvvə dərhal digər tərəfə çatırmı?

İnternet mühitində ortaya atılan maraqlı bir düşüncə təcrübəsi, fizikanın fundamental qanunlarını yenidən müzakirəyə çıxarıb: əgər İngiltərə sahilindən Fransaya qədər uzanan çox uzun bir metal çubuq olsaydı və biri bu çubuğu çəksəydi, qarşı tərəfdəki şəxs bu hərəkəti dərhal hiss edərdimi? İlk baxışdan cavab “bəli” kimi görünə bilər. Çünki bərk metal çubuğun bir ucuna qüvvə tətbiq edildikdə digər ucun da eyni anda hərəkətə başlaması təəssüratı yaranır. Lakin belə bir nəticə, kainatın dəyişməz qanunu olan işıq sürətinin aşılması deməkdir.

HİT.az xəbər verir ki, kainatın maksimum sürət həddi saniyədə təxminən 299.792 kilometrdir. Heç bir maddə və ya informasiya bu sürətdən daha tez hərəkət edə bilməz. Əgər çubuğun digər ucu dərhal hərəkət etsəydi, bu o deməkdir ki, məlumat – yəni çəkilmə əməliyyatı – işıq sürətindən daha tez ötürülüb. Fizikada bu, mümkün deyil.

Bəs çubuğun digər ucundakı hərəkət işıq sürəti ilə ötürülürmü? Xeyr. Buradakı problem, bərk cisimlərin necə işlədiyinə dair gündəlik təsəvvürlərlə bağlıdır. Biz metal çubuğu kənardan bütöv və dəyişməz görsək də, mikroskopik miqyasda metal atomların elektromaqnit qüvvələrlə birləşdiyi kristal quruluşa malikdir. Biz çubuğu itələdikdə və ya çəkdikdə, ilk atom qatı növbəti qatı itələyir və hərəkət material boyunca dalğa kimi yayılır.

Bu itmə və ya çəkmə məlumatı material boyunca həmin mühitdəki səs sürəti ilə ötürülür. Təcrübələr göstərir ki, çubuğun bir ucuna vurulduqda digər uca çatma vaxtı tam olaraq materialın daxilindəki səs sürəti ilə uyğun gəlir.

Havada səs saniyədə təxminən 340 metr, suda 1.500 metr sürətlə yayılır. Katılarda isə səs daha sürətlə hərəkət edir, çünki bu materiallar sıxılmaya qarşı daha böyük müqavimət göstərir.

Əgər çubuğun dəmirdən hazırlandığını və İngiltərə ilə Fransa arasındakı ən qısa məsafə olan təxminən 33 kilometr uzunluğunda olduğunu düşünsək, demirdə səs sürəti saniyədə təxminən 5.130 metrdir. Bu halda siqnalın digər uca çatması üçün tələb olunan vaxt 6,43 saniyədir.

Bu, kifayət qədər qısa zaman olsa da, işıq eyni məsafəni cəmi 0,00011 saniyəyə qət edir. Bu sadə təcrübə, işıq sürətinin kainatdakı inanılmaz üstünlüyünü bir daha nümayiş etdirir.

Samir


 

Seçilən
1
hit.az

1Mənbələr