AZ

Azərbaycan diplomatiyasının daha bir qələbəsi- ÖZƏL

Minsk qrupu tarixin arxivinə qovuşdu

"Minsk qrupunun ləğvi ilə Cənubu Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranır. Həmçinin Ermənistan-Azərbaycan münasibətlərində yeni yanaşma bərqərar olur". Bunu "Olaylar"a açıqlamasında hüquqşünas Alim Hüseynli deyib: "ATƏT-in Minsk qrupunun ləğvi labüd və qeyd-şərtsiz idi. Çünki, Minsk qrupu formal olaraq "Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə" yaradılsa da ötən müddət ərzində faktiki olaraq heç bir naliyyət əldə edə bilmədi. Əksinə, həmsədr ölkələrin- Rusiya, ABŞ və Fransanın Cənubi Qafqaza yönəlik maraqlarının təmin edilməsi üçün vasitəçi aləti kimi istifadə olundu. 

Qalib tərəf olan Azərbaycanın apardığı diplomatk səylər nəticəsində ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda ATƏT-in Minsk qrupu ləğvi barədə razılıq əldə olundu. Azərbaycan Prezidenti və Ermənistan baş naziri ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü zamanı belə bir razılığa gəldilər.Tərəflərin müraciəti əsasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı sentyabrın 1-də Minsk qrupunun ləğv olunduğunu açıqladı. Təşkilatın Nazirlər Şurasının qərarına əsasən, Minsk qrupu və onun struktur bölmələri dekabrın 1-dək tam bağlanmalı idi. Nəhayət, Minsk qrupu prosesinin və onunla əlaqəli strukturların bağlanması noyabrın 30-da başa çatıb".

Onun sözlərinə görə, Minsk qrupunun ləğvi Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisidir:" Bu qərar Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Eyni zamanda, Azərbaycanın daha bir dilomatik qələbəsinin göstəricisidir. Həmçinin ATƏT-in 57 üzv dövləti Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Azərbaycan ərazisi olduğunu de-yure və de-fakto təsdiqləyirlər. Qarabağ münaqişəsini birdəfəlik olaraq tarixin arxivinə göndərir. Beynəlxalq aləmə nümayiş etdirir ki, Azərbaycan və Ermənistan mövcud problemləri vasitəçi olmadan belə, ikitərəfli formatda həll etmək iqtidarındadır. Ortada Azərbaycan və Ermənistan nümayəndələrinin Qəbələ görüşü var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr