AZ

İnsan ən böyük ayrılıqlarda belə yaşamağı öyrənir

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edib. 

Axşam.az xəbər verir ki, aparıcı əkizləri, bir müddət əvvəl dünyasını dəyişən atası və anasının yer aldığı fotonu yayımlayaraq bunları yazıb: 

"Dünən övladlarımla valideynlərimin məzarına getdik. Hər həftəsonu olduğu kimi… Amma bu dəfə yenə içimdə həmin hiss oyandı: sanki indi torpağın altından qalxıb “qayıdırıq” deyəcəklər. Hər addımda ürəyim ümidlə çırpınır, ağlım isə bunun olmayacağını bilir. Qəribədir… Hər ziyarət həm dirildən, həm öldürən bir duyğudur.

Kənarda sakitcə dayanmış Ardanı gördüm. Üzündə bir boşluq vardı… Özümü saxlaya bilmədim: “Oğlum, nənən səni necə sevirdi, xatırlayırsan?” dedim. “Atan balam, totan balam, Arda balam…” – sözün bitirmədən gözlərindən yaş süzüldü. Boynuma sarılıb hönkürtü ilə ağlamağa başlaması içimi param-parça etdi. Sanki aylardı içində saxladığı həsrət bir anın içində daşqın olub axdı. Maşına oturanda soruşdum: “Niyə belə ağladın?” Yavaşca dedi: “Nənəm üçün darıxdım… Qucaqlasın istədim… Biz onsuz qala bilmirik, bəs sən nənəsiz, babasız necə qalırsan?”. Susdum, demədim… Deməyə cəsarət etmədim ki, oğlum, insan ən böyük ayrılıqlarda belə yaşamağı öyrənir. Allah elə bir güc verir ki, insan öz dözümünə özü təəccüb edir. Mən də eləyəm… Onlar yanımda deyil, amma sevgiləri hələ də məni ayaqda saxlayır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
axsam.az

1Mənbələr