AZ

Prezidentin köməkçisi Azərbaycan Rusiya münasibətlərindən danışıb

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb.

APA-nın xəbərinə görə, Hikmət Hacıyev Brüsseldə “EU Today"a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi olaraq üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi.

“Bu məsələlər həll olunan zaman, biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - Hikmət Hacıyev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
23
azpolitika.info

10Mənbələr