AZ

“Qarabağ”ın rəqibinin matçı yarımçıq dayandırıldı

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Futbol üzrə Niderland çempionatının XIV turunda keçirilən "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.

"Unikal" xəbər verir ki, buna azarkeşlərin “Amsterdam Arena”da təşkil edilən matçda meydana fişəng və digər alışqan maddələr atması səbəb olub.

Baş hakim 13-cü dəqiqədə matçı dayandırıb. Qarşılaşma dekabrın 2-də azarkeşsiz baş tutacaq.

Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu komandanı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
4
unikal.az

6Mənbələr