AZ

Azərbaycanda İLK DƏFƏ - Turist xəritəsi HAZIRLANDI – FOTO/VİDEO

“Quba Soyqırımı Memorial Kompleksi”nə gələn turistlərin rahatlığını təmin etmək üçün ilk dəfə Quba xəritəsi hazırlanıb.

Azərbaycan və ingilis dillərində dərc olunan Quba xəritəsi bukletində 1918-ci ildə Quba qəzasında soyqırıma məruz qalan yerlər və kompleksə gələn turistlərin həmin yerlərə nə qədər vaxta getmək barədə məlumat verilib.

Quba Soyqırımı Memorial Kompleksinin mətbuat katibi Abutalıb Turabov bu barədə Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə Qubada soyqırıma məruz qalan Subaba türbəsi, Gümbəzli hamam və ya Çuxur hamamı, Tağlı körpü və başqa yerlərə necə getmək barədə məlumat verilib.

Abutalıb Turabov qeyd edib ki, Quba xəritəsindən başqa kompleksdə ermənilərin törətdikləri vəhşiliklər barədə  Azərbaycan, rus, ingilis və ərəb dillərində bukletlər də çap olunub.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
14
bizim.media

1Mənbələr