AZ

Prezidentin köməkçisi: Azərbaycan Aİ ilə enerji əməkdaşlığını dərinləşdirməyə hazırdır

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır."Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində bildirib."H.Hacıyev bəyan edib ki, Azərbaycan enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə hazırdır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa maliyyə institutlarına qaz infrastrukturu məsələlərində daha çox çeviklik göstərmək çağırışlarını da dəstəkləyir", - "EU Today" qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
184
demokrat.az

1Mənbələr