AZ

Niderland Ukraynaya sursat və hava hücumundan müdafiə üçün 250 milyon avro ayıracaq

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Niderland Avropa ölkələrinə ABŞ ehtiyatlarından silah almağa imkan verən PURL (Ukrayna üçün prioritetləşdirilmiş tələblər siyahısı) təşəbbüsü vasitəsilə Ukraynaya əlavə 250 milyon avro hərbi dəstək verəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Hollandiyanın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans məlumat verib.

"Bu gün mən PURL vasitəsilə Ukraynaya 250 milyon avro ayrıldığını elan edirəm. Bu, çox qısa müddətdə daha çox hava hücumundan müdafiə sursatı, eləcə də ABŞ ehtiyatlarından "F-16" təyyarələri üçün sursat və digər materiallar əldə etməyin yeganə yoludur", - deyə o, Brüsseldə keçirilən AB müdafiə nazirlərinin görüşündən əvvəl bildirib.

PURL təşəbbüsü ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən 14 iyulda irəli sürülüb. Bu mexanizm çərçivəsində NATO müttəfiqləri Ukrayna üçün silahları Amerika ehtiyatlarından alırlar. PURL proqramı çərçivəsində çatdırılmalar hər iki-üç həftədən bir baş tutmalıdır.

Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bildirib ki, Qərbin silah təchizatı Kiyev üçün hərbi əməliyyatların gedişatına təsir göstərə biləcək bir gücə malik olmayacaq və Rusiya silahlı qüvvələri tərəfindən ardıcıl olaraq məhv ediləcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
bizimyol.info

1Mənbələr