AZ

Tacirin oğlunun nişandan sonra vəziyyəti pisləşib

Yazını böyüt
Yazını kiçilt

Müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalının nişan məclisindən sonra yaşanan narahatedici hadisə ilə bağlı açıqlama verib.

Hafta.az xəbər verir ki, sənətçi oğlunun nişandan dərhal sonra qəfil halının pisləşdiyini bildirib.

Tacir Şahmalıoğlu həmin anları belə təsvir edib:

"Çox qorxduq... Birdən uşağın gözü getdi, başını masanın üstünə qoydu. Mən də deyirəm ki, qayınana, qayınata baxır, özünə gəl. Sən demə, uşaq huşunu itirirmiş. Başını qaldıranda gördük ki, ağarıb, gözləri gedib. Heç bilmədik nədən oldu."

Müğənni ailəsinin həmin an böyük təşviş yaşadığını deyib.

Qeyd edək ki, Şahmalı Aytac adlı xanımla nişanlanıb.

Seçilən
123
1
hafta.az

2Mənbələr