Papa Leo Yaxın Şərq münaqişəsinin iki dövlət əsasında həllinə çağırıb. Livana gələn Roma Katolik Kilsəsinin rəhbəri ərəb ölkəsindəki xristianları iqtisadi, siyasi və təhlükəsizlik problemlərinə baxmayaraq, olduqları yerdə qalmağa səsləyib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Bildirilir ki, Papa XIV Leo ilk beynəlxalq səfərinin ilk mərhələsinin ardından İstanbulu tərk etdikdən qısa müddət sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail və işğal olunmuş Fələstin ərazilərinin iki dövlətli həllə nail olunmasına kömək etmək üçün “vasitəçi” kimi çıxış etmək barədə danışdığını deyib.
Vatikanın Qəzza və Ukraynadakı münaqişələrlə bağlı mövqeyi ilə bağlı türkiyəli müxbirin sualına İtalyanca cavab verən Papa Leo, "hamımız bilirik ki, İsrail hazırda bu vəziyyəti qəbul etmir" deyib. Vatikanın "İsraillə də dost olduğunu" qeyd edən Papa Leo, problemin həlli üçün iki dövlətli həll yolunun "yeganə variant" olduğunu söyləyib. O əlavə edib: “Türkiyə bu işdə mühüm rol oynaya bilər”.
Nəşr yazır ki, Papanın cavabı Vatikanın uzunmüddətli siyasətinə uyğun olub. Vatikan Qəzza müharibəsi zamanı İsrailin davranışını da tənqid edib.