AZ

“Məktəblərin rəqəmsal imkanları genişlənir” Nazir müavini

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Məqsəd ölkədə informasiya texnologiyaları, rəqəmsal bacarıqlar və əmək bazarının tələb etdiyi səriştələrə malik mütəxəssislərin yetişdirilməsidir”.

Bakıvaxtı.az xəbər verir kİ.ə bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insan kapitalının gücləndirilməsi və gənclərin inkişafı ölkənin əsas prioritetlərindəndir.

Həsən Həsənli vurğulayıb ki, son illərdə məktəblərin kompüter və internetlə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb:

“Artıq məktəblərin böyük əksəriyyətində kompüter laboratoriyaları fəaliyyət göstərir və ölkədə 175 məntəqədə müsabiqə imtahanları keçirmək mümkündür”.

Nazir müavini qeyd edib ki, son bir ildə 350 minə yaxın şagird müxtəlif rəqəmsal və innovativ layihələrə cəlb olunub. O, bütün müəllimlərə, valideynlərə və təşkilatçılara təşəkkür edərək bildirib ki, onların zəhməti olmadan bu uğurlar mümkün olmazdı.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
bakivaxti.az

2Mənbələr